Saakaşvili 20 məmuru birdən qovdu!

Xarici KİV-in yaydığı məlumata görə, Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili öz administrasiyasında korrupsiyaya qarşı mübarizə və hüquq-mühafizə orqanları ilə birgə iş üzrə idarənin və daxili audit şöbəsinin 20 əməkdaşını işdən azad edib. Vilayət rəhbəri bu qərarı keçirdiyi iclasda hesabatları dinlədikdən sonra verib (Rosbalt).

«Yəni siz, bir neçə pozuntudan başqa heç nə tapmadınız? Onları da aradan qaldırdınız? Hanı konkret tutulmuş adamlar, korrupsiya faktları? Sizin şöbələri buraxırıq, ona görə ki, heç nə etməmisiniz...»-deyə, Saakaşvili bəyan edib.

Qubernator işdən çıxarılanların funksiyalarını ictimaiyyətə verəcəyini vəd edib: «Mən, Odessa ictimaiyyətinə inanıram, nəinki sizə. İnsanlar öhdəsindən gələrlər» («İnterfaks-Ukrayna»).

Saakaşvilinin sözlərinə görə, administrasiyada 10 yerlik komitə yaradacaq, şəhər sakinlərinin ixtiyarında isə bir həftə vaxt var ki, boşalmış kreslolara öz namizədlərini təklif etsinlər.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar