SOCAR-ın xalis mənfəəti artıb

2014-cü ildə SOCAR-ın xalis mənfəəti 1 mlrd 274 mln manat olub. Bu, 2013-cü ildəkindən (1 mlrd 19 mln manat) 25% çoxdur. Bu barədə şirkətin konsolidə edilmiş hesabatında bildirilir.

Auditi Ernst & Young şirkəti həyata keçirib.

2014-cü ildə SOCAR-ın gəlirləri 39 mlrd 674 mln manat (2013-cü ildə 38 mlrd 433 mln - artım 3,2%) olub.

2014-cü ildə əməliyyat fəaliyyətindən gəlirlər 1 mlrd 798 mln (artım 8,9%) təşkil edib. Mənfəət vergisi üzrə büdcə ayırmaları 465 mln manat (artım 4,7%) olub.

SOCAR-ın aktivləri 4,4% artaraq 24 mlrd 67 mln manata çatıb. Uzunmüddətli aktivlər 7,2% artaraq 16 mlrd 269 mln manat, qısamüddətli aktivlər 0,9% azalaraq 7 mlrd 798 mln manat olub.

2014-cü ildə şirkətin kapitalı 8,1% artaraq 11 mlrd 57 mln manata çatıb. Nizamnamə kapitalı 1 mlrd 496 mln manat (artım 13,7%), bölünməmiş mənfəət 8 mlrd 348 mln manat (artım 10,5%) olub.

Şirkətin öhdəlikləri 1,5% artaraq 13 mlrd 10 mln manata çatıb. O cümlədən uzunmüddətli öhdəliklər 6 mlrd 119 mln manat (artım 24,7%), cari öhdəliklər 6 mlrd 891 mln (azalma 12,9%) təşkil edib. /"Turan"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar