"Koalisiya müzakirələri iki tərəflə başlayacaq” - Davudoğlu

Koalisiya hökuməti qurulması üçün görüşlərə önümüzdəki həftə başlayacaqlarını bildirən baş nazir Əhməd Davudoğlu Xalqların Demokratik Partiyası (HDP) ilə görüşəcəklərini, ancaq bu partiya ilə koalisiyanı məqbul hesab etmədiklərini açıqlayıb.

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Davudoğlu Konya Böyükşəhər bələdiyyəsi tərəfindən təşkil olunan iftarda koalisiya hökuməti ilə bağlı fikirlərini söyləyib:

“Əslində könülümüz təkbaşına iqtidar olmaqdan yanaydı. Milli iradə, millət seçimi “siz oturun razılığa gəlin, bir hökumət qurun” deyibsə, bundan da şikayət etməmək lazımdır. Hər ikisi ilə də oturub danışarıq və ola biləcəklər üçün də mümkün olanlar arasında ən yaxşısını etməyə çalışarıq. İdeal olanı deyil. İdeal olan təkbaşına iqtidar olmaq idi”.

Baş nazir deyib ki, mümkün olanlar içində ən yaxşısının nə olduğunu görmək üçün də hər iki tərəflə (Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyası-red.) görüşəcəklər: “3 partiyanı da ziyarət edəcəyik. 13 faiz səs alan bir partiyanı yox saya bilmərik. HDP ilə koalisiyanı bu mərhələdə məqbul görmürük. Onlar da rəftarlarını o qədər dəqiq, qatı şəkildə qoydular ki, bir koalisiya cədvəli içində olacaqlarını sanmıram. İnşallah, gələcək həftə görüşmələrə başlayacağıq”.

Davudoğlunun sözlərinə görə, görünən odur ki, ya MHP, ya da CHP istiqamətində bir seçim, daha doğrusu bir atmosfer meydana gəlir: “Bunun haqqını verməyə çalışacağıq. 3 tərəflə də görüşəcəyik, amma ehtimalla koalisiya müzakirələri iki tərəflə başlayacaq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar