Finlandiya-Rusiya gərginliyi - XİN-dən açıqlama

Xarici KİV-in yaydığı məlumata görə, Finlandiyanın xarici işlər naziri Timo Soyni bəyan edib ki, Rusiya nümayəndə heyəti ilə baş vermiş insidentə görə, ölkəsinin Rusiya ilə münasibətlərinin pisləşə biləcəyinə inanmır (Rosbalt).

«MTV3» kanalına müsahibəsində nazir bu barədə belə deyib: «Mən ümid edirəm ki, Rusiya başa düşür - bu qərar (bəzi Rusiya parlamentarlarının Finlandiyaya buraxılmaması barədə qərar nəzərdə tutulur - red.) çoxsaylı ölkələrin iştirakı ilə qəbul olunub. Onlar bilirlər, məsələ burasındadır ki, nümayəndə heyətinin bəzi üzvləri sanksiya siyahısında yer alıb. Amma biz, əvvəllərdə olduğu kimi, yenə də rusiyalıları ölkəmizdə görməyə şadıq».

Bundan əvvəl xəbər vermişdik ki, Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkinin adı sanksiya siyahısında olduğu səbəbindən, Finlandiya hökuməti ona viza verməkdən imtina edib. Narışkin Rusiya nümayəndə heyətinin tərkibində ATƏT Parlament Assambleyasının işində iştirak etmək üçün Finladiyaya getməyə hazırlaşırdı. Bundan sonra, Rusiya nümayəndə heyəti tam heyətlə Assambleyanın işində iştirakdan imtina edib. Rusiya xarici işlər nazirliyi Finlandiyanın ölkədəki səfiri Hanna Himaneni izahat üçün nazirliyə dəvət edib. Kreml Finlandiya hökumətinin bu qərarını «hiddətləndirici» adlandırıb.

İyulun 2-də Finlandiyanın prezidenti Sauli Niniste ümid etdiyini bildirib ki, Rusiya ilə ölkəsinin normal münasibətləri davam edəcək: «Baxarıq, bundan sonra nələr olacaq. Amma mən, inanmıram ki, baş verənlərin nəticəsi olaraq, münasibətlərimizə zərər dəymiş olsun».

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar