“Mən olan yerdə qalmaqal ola bilməz”- Ruhi

Biznes-ledi Ruhi Əliyeva “Özünə bax 2” yarışmasının final mərasimi ilə bağlı mətbuat konfransı keçirib. “Qafqazinfo”nun məlumatına görə, konfransı açıq elan edən teleaparıcı Kamilə Babayeva sözü Ruhi Əliyevaya verib: “Çox sağ olun ki, bu gün tədbirə qatıldınız. Jurnalistlərin mənim üzərimdə böyük haqqı var. Çünki istənilən məşhur bir simanın tanınmasında mətbuatın rolu danılmazdı. Ona görə də hər bir işimi sizinlə bölüşməyi özümə borc bilirəm. Artıq “Özünə bax 2” bitdi. Qaliblərimiz də məlumdur. Amma ortada bəzi qaranlıq məqamlar da oldu. Saytlardan birində yazılmışdı ki, müsabiqəmiz qalmaqalla bitib. Mən olan yerdə qalmaqal ola bilməz. Bunu özündən razılıq kimi qəbul etməyin. Sadəcə olaraq mən hər zaman sülh tərəfdarı olmuşam. Bir neçə proyektim olub və heç birində qalmaqal olmayıb. Qızlarımızdan bəzilərinin müsabiqənin nəticələri ilə bağlı narazılıqları oldu. Həmin iştirakçıları da buraya dəvət etmişik ki, bu gün qaranlıq məqamlara aydınlıq gətirək. İnanmıram ki, sms yarışmasında saxtakarlıq olunsun. Çünki heç bir mobil operator və telekanal bir iştirakçıdan ötrü hansısa saxtakarlığa yol verməz, hansısa bir iştirakından ötür öz imicinə xələl gətirməz. Min nəfər Ruhi Əliyeva, milyon dənə “Özünə bax” proyekti olsa da, ATV saxtakarlıq edib öz imicinə xələl gətirməz.

Ruhi daha sonra “Özünə bax 3” yarışmasından söhbət açıb:

Biz artıq fevral ayında “Özünə bax 3” yarışmasını keçirməyə hazırlaşırıq. Bu dəfə tamam başqa formatda görüşünüzə gələcəyik. Ən önəmli yeniliklərimizdən birini açıqlamaq istəyirəm. Belə ki, yarışmada xanımlarla bəylər bir yerdə yarışacaq. Bu dəfə isə iki qalib seçiləcək. Bunun biri xanım, biri isə bəy olacaq. Birinci yeri qazanan xanıma 25-30 min AZN məbləğində brilliant qaşlarla bəzədilmiş tac, bəyə isə maşın hədiyyə edəcəyik. II və III yeri qazananlara isə, sponsorlarımız tərəfindən müxtəlif hədiyyələr veriləcək. Hələ ki, münsiflərin kim olacağı haqda tam qərar verilməyib. Amma yaxın zamanlarda o da bəlli olacaq. Bu günə qədər keçirdiyimiz müsabiqədə iştirak edən, və ilk üçlüyə düşməyən şəxslər də bu müsabiqəyə qatıla bilərlər”.

Qeyd edək ki, konfransda Ruhi Əliyeva ilə yanaşı, teleaparıcı Kamilə Babayeva, prodüser Tolik, stilist Afaq İsmayılzadə və mətbuat nümayəndələri iştirak edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar