Gürcüstanın baş nazirindən Azərbaycanla bağlı xüsusi bəyanat

Gürcüstanın baş naziri İrakli Qaribaşvili futbol üzrə Avropa Liqası çərçivəsində keçirilən "Dinamo"(Tbilisi) - "Qəbələ"(Azərbaycan) matçından sonra baş verən hadisə ilə bağlı xüsusi bəyanatla çıxış edib.

APA-nın "Vzqlyad" qəzetinin saytına istinadən yaydığı xəbərə görə, İ. Qaribaşvili Daxili İşlər Nazirliyinə insidenti araşdırmaq barədə tapşırıq verdiyini bildirib.

Baş nazir bəyan edib ki, Azərbaycan dövləti və xalqı ilə strateji münasibətlər onun üçün çox vacibdir: “Gürcüstan hökumətinin rəhbəri kimi qəti şəkildə bildirirəm ki, kimlərinsə bu cür təxribatçı hərəkətlərlə Azərbaycanla dost münasibətlərimizə kölgə salmasına dövlət imkan verməyəcək”.

İ. Qaribaşvili DİN-dən qanunun bütün ciddiyyəti ilə fəaliyyət göstərməyi tələb edib.

Xatırladaq ki, Avropa Liqası çərçivəsində iyunun 2-də "Dinamo" (Tbilisi) və “Qəbələ” komandaları arasında keçirilən oyundan sonra bir qrup yerli fanat Azərbaycan bayrağını təhqir edib. Bundan başqa, oyun zamanı onlar stadiondan Azərbaycan ərazisinin bir hissəsini Gürcüstan ərazisi kimi göstərən banner asıblar. Daha sonra polisin müdaxiləsi ilə banner yığışdırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar