“Qalatasaray” Lukas Podolskini transfer edib - RƏSMİ

Türkiyənin “Qalatasaray” klubu İngiltərinin “Arsenal” komandasının almaniyalı ulduzu Lukas Podolskini transfer edib.

APA-nın xəbərinə görə, bir neçə gündür Antalyada istirahət edən L. Podolski tibbi müayinədən keçmək üçün bu gün səhər İstanbula gedib.

Bu gün axşam saatlarında “Qalatasaray”la almaniyalı futbolçu arasında rəsmi müqavilə imzalanacaq. Müqavilənin 3 illik olacağı bildirilir.

Türkiyə klubunun L. Podolskinin transferi üçün “Arsenal”a 4 milyon avro ödəyəcəyi xəbər verilir.

Qeyd edək ki, 1985-ci il təvəllüdlü, Polşa əsilli Lukas Podolski karyerası boyunca Almaniyanın “Köln” və “Bayern”(Münhen), İngiltərənin “Arsenal” və İtaliyanın “İnter” (icarə əsasında) komandalarında forma geyib. O, Almaniya milli komandasında 122 matçda 48 qol vurub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar