"Yeni iqtisadi komissiya yaradırıq" - Arif Hacılı

"Qubad İbadoğlunun rəhbərlik etdiyi iqtisadiyyat komissiyası on ildə heç bir fəaliyyət göstərməyib"

“Müsavat Partiyasının qurultayından sonrakı dövrdə belə fikirlər var idi ki, guya partiyadan əsas simalar, intellektual kəsim gedib. Əgər belədirsə, onların fəaliyyəti niyə görünmədi?..”

APA-nın məlumatına görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı partiya Məclisinin iclasında Qubad İbadoğlu və onun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) fəaliyyətinə münasibət bildirərkən deyib.

Arif Hacılı hesab edir ki, intellektual siyasi fəaliyyət göstərəcəklərini iddia edənlər heç bir fəaliyyət ortaya qoymayıblar. O, Qubad İbadoğlunu nəzərdə tutaraq bildirib ki, Müsavat Partiyasının İqtisadiyyat komissiyasına 10 il ərzində rəhbərlik etmiş şəxsin Azərbaycanın əsas iqtisadçısı olduğu söylənilirdi: “Ancaq 10 il ərzində bu komissiya heç bir fəaliyyət göstərməyib. Biz yeni iqtisadi komissiya yaradırıq və komissiya bu sahədə necə fəaliyyət göstərmək lazım olduğunu ortaya qoyacaq” .

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar