ATƏT Krımda yeni referendumu mümkün sayır

“Əgər beynəlxalq qanunvericilik gözlənilərsə, ola bilsin, ATƏT Krımdakı referendum məsələsinə baxsın”. Musavat.com-un xarici mənbəyə istinadən verdiyi xəbərə görə, bu sözləri Brüsseldəki yüksək çinli diplomatik mənbə deyib.

Qeyd edək ki, 2014-cü ilim martında Rusiya Krıma və Sevastopola müşahidəçilər göndərmək üçün ATƏT-ə dəvət göndərmiş, ancaq təşkilat rəhbərləri dəvəti qəbul etməmişdi. Belə ki, ozamankı sədr Didye Burkxalter səsverməni qanunsuz elan eləmiş, həmçinin, ekspertlərin Krım ərazisinə girməsində problemlər olduğunu söyləmişdi.

Ukrayna tərəfi də referendumun qanunsuz olduğunu bildirir və qeyd edir ki, referendum ölkənin konstitusiyasına uyğun şəkildə keçirilməli idi. Məhz buna görə dünya ölkələrinin mütləq əksəriyyəti onun nəticələrini tanımadı.

Krımdı saxta referendum Kiyevdə hakimiyyət dəyişikliyindən dərhal sonra keçirilib. İddialara görə, yerli sakinlərin 96, sevastopolluların isə 95%-i Rusiyanın tərkibinə daxil olmağı dəstəkləyib.

Moskva isə Kosovo təcrübəsini əsas götürərək, referendumun nəticələrini tanımışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar