Heydər Babayevin holdinqi zərərlə işləyir

2014-cü ilin yekunlarına görə, “AB Standard" QSC 117 min manat zərərlə üzləşib. 2013-cü ildə xalis mənfəət 2 mln. manat təşkil edib.

Konsolidə edilmiş maliyyə hesabatına görə, 2014-cü ildə qrupun şirkətləri ümumi məbləği 137,6 mln. manat həcmində gəlir əldə ediblər. Xərclər 144,7 mln. manat təşkil edib. Beləliklə, holdinqin əməliyyat gəlirləri 7,1 mln. manat təşkil edib.

Ötən il aktivlərin alınmasına (torpaq, bina, avadanlıq və qeyri-maddi aktivlər) 5,2 mln. manat yönəldilib. “AB Standard” QSC-nin belə aktivlərinin satışından 6,7 mln. manat əldə edilib. İnvestisiya əmlakının alınmasına 1,8 mln. manat xərclənib. İştirak payının satışı 2,2 mln. manat həcmində dəyərləndirilib.

İl ərzində holdinqin şirkətləri tərəfindən dövlət büdcəsinə 329 min manat həcmində vergi (torpaq vəyol vergisi, əmlak vergisi) ödənilib.

Qrupun aktivləri il ərzində 1,1 mlrd. manatdan 1,2 mlrd. manatadək artıb.

Xatırladaq ki, bu ilin aprelində Heydər Aydın oğlu Babayev bildirib ki, 2002-ci ildən fəaliyyət göstərən “AB Standard” QSC-nin 100% səhminin sahibidir. Əvvəlki maliyyə hesabatlarında qeyd olunub ki, “AB Standard” QSC-nin 50% səhminin sahibi Babayevlər ailəsinin üzvü Aliyə Qazıyevadır.

Qalan 50% isə gizli saxlanılan başqa ailəyə məxsusdur.

Holdinqə “Bank Standard” QSC, "Standard Insurance" MMC, "AB Legal Consulting Group" MMC, “Standard Lizinq” MMC, "Standard Capital" MMC, "Standard Football Club" MMC, “Dernegul boru zavodu” və “Lənkəran Mehmanxana” ASC daxildir.

Heydər Babayev bu holdinqin təsisçisidir. O, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri və iqtisadi inkişaf naziri postlarını tutub. 2008-ci ildə bu vəzifədən azad edilib və öz biznesinin idarəçiiyi ilə məşğuldur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar