Krımda yeni referendum: Olsun, olmasın?

Xarici KİV-in yaydığı məlumata görə, Brüsseldə istisna etmirlər ki, əgər Krımda ATƏT-in nəzarəti altında yeni referendum keçirilsə, Avropa İttifaqı onun nəticələrini nəzərə alardı. Nəticələrin tanınmasına zəmanət barədə isə məlumat verilmir (Rosbalt).

Brüsseldəki yüksək vəzifəli diplomatik mənbə bu barədə «RİA Novosti»-yə deyib: «Avropa İttifaqı, mümkündür ki, referendumun nəticələrinə diqqət yetirsin, bir şərtlə ki, o, ATƏT-in müşahidəsi altında və beynəlxalq qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilmiş olsun».

Krım hakimiyyəti artıq bu sensasiyalı məlumatı şərh edib. Respublika baş nazirinin müavini Dmitri Polonski bəyan edib ki, yarımada sakinləri artıq öz seçimlərini ediblər və təkrar referendum olmayacaq: «Biz, iki dəfə təkrar etmirik. Bu, formal axmaqlıqdır. Burada «ağıllı-qiymətli» məsləhətlərə ehtiyac yoxdur. Yaxşı olar ki, araşdırsınlar və obyektiv qiymət versinlər - Donbasda nələr baş verir? Qoy Ukraynada insan haqları və azadlığının pozulması hallarını şərh etsinlər» («Qovorit Moskva» radiosu).

Krım baş nazirinin müavini qeyd edib ki, vətəndaşların öz iradələrini demokratik ifadə etdiyi referendum keçirilən zaman çoxsaylı beynəlxalq müşahidəçilər tərəfindən təsdiq olunub: «Qeyri-müəyyən insanlara iki dəfə sübut etmək ki, sən dəvə deyilsən - ruslar bunu etməyəcəklər, heç kimin qarşısında alçalmayacaqlar, xüsusilə də cəmiyyətimizdə inamı itirmiş hansısa beynəlxalq təşkilatlar qarşısında».

Qeyd edək ki, bu ərəfədə Avropa Parlamentinin prezidenti Martin Şults Ukrayna Ali Radasında çıxış edərkən bunu deyib ki, Avropa İttifaqı Rusiya ilə yalnız Krımın Ukraynaya qaytarılacağı təqdirdə əməkdaşlığa qayıda bilər: «Əməkdaşlığa qayıtmaq bundan asılıdır ki, Rusiya Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edəcəkmi, o cümlədən, Krımı geri qaytaracaqmı?»

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar