"Qəbələ"nin baxışa çağırdığı futbolçu öldü
Baxiş sayı:
Dərc olunub:
04/07/2015 - 18:12
Çinin “Çindao Hayno” klubunun serbiyalı yarımmüdafiəçisi Qoran Qoqiç dünyasını dəyişib. ANS PRESS-in məlumatına görə, futbolçu məşqdən sonra avtobusda gedərkən ürəyi dayanıb.
29 yaşlı yarımmüdafiəçi dərhal xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, 2014-cü ildə “Srvena Zvezda”nın heyətində Serbiya çempionu olub və ötən mövsümdən Çin klubunda çıxış edirdi.
Qeyd edək ki, yarımmüdafiəçi 2013-cü ildə “Qəbələ”də baxışda olsa da, bəyənilməyərək, geri göndərilmişdi.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.