"Yunanıstanda humanitar böhran yaşanarsa..."

52-Greece-AFPYunanıstanda humanitar böhran baş verərsə, Brüssel bu ölkəyə təcili yardım ayıra bilər.

APA-nın "Die Welt" nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Parlamentinin sədri Martin Şults deyib.

"Ola bilər ki, biz ehtiyacı olan insanlara yardım etmək üçün müəyyən maliyyə vəsaiti ayıraq. Bunun üçün Brüsseldə bu yaxınlarda xüsusi fond yaradılacaq. Biz insanları çətin durumda qoymarıq", - deyə o bildirib.

Sədr qeyd edib ki, insanlara əmək haqlarının verilməsi, tibb və enerji sistemlərinin, ictimai nəqliyyatın fəaliyyəti təhlükə ilə üzləşə bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar