Ukraynaya 1 milyard ayrıldı

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2015-ci ildə Ukrayna iqtisadiyyatına 1 milyard dollara yaxın sərmayə qoymağı planlaşdırır. ANS PRESS-in məlumatına görə, amma bunun üçün ölkə islahatlara hazır olduğunu sübut etməlidir.

Beynəlxalq ekspertlər hesab edirlər ki, hakimiyyət “Naftoqaz” şirkətində, o cümlədən, məhkəmə və ədliyyə sistemində islahatları ləng aparır.

Reuters xəbər verir ki, Avropa Yenidənqurma və İnkişaf Bankı 2014-cü ildə Ukrayna iqtisadiyyatına 1,2 milyard dollar investisiya qoyub.

Ümumiyyətlə, Avropa ölıkələri və beynəlxalq təşkilatlra Ukraynanın şərqindəki vəziyyətlə əlaqədar yaranmış böhranı aradan qaldırmaq üçün yardım göstərirlər. Son illərdə Zaporojye şəhərinə 11 min ukraynalı üçün nəzərdə tutulan humanitar yardım karvanı yola düşüb. Yardım Donbasdakı müharibədən zərər çəkən şəxslərə paylanacaq. Həyat üçün lazımlı mallar Polşa və Almaniyadan göndərilib.

Bundan əlavə ABŞ Ukraynaya dövlət zəmanəti ilə 1 milyard dollar kredit verəcək. Bu barədə Ukrayna lideri Petro Poroşenko ilə telefon söhbətində ABŞ-ın vitse-prezidenti Cozef Bayden bildirib.

Ukrayna prezidentinin mətbuat xidməti bildirib ki, C.Bayden bundan əlavə Kiyevə əhalinin qida və su ilə təminatı üçün 17,7 milyon dollar humanitar kömək də təklif edib, Ukraynada islahatların aparılmasını dəstəkləyib.

P.Poroşenko isə Ukrayna və ABŞ hərbçilərinin birgə təlimlərinin keçirilməsinə görə C.Baydenə təşəkkürünü bildirib.

Onlar müdafiə sahəsində gələcək addımları, xüsusi halda Ukraynaya əlavə köməyin verilməsi və s. məsələlər barədə fikir mübadiləsi aparıblar.

ABŞ 2015-ci ilin yanvarında bildirib ki, Ukraynaya dövlət zəmanəti ilə ümumi məbləği 2 milyard dollar veriləcək. Bu ilin martında Beynəlxalq Valyuta Fondu Kiyevə 17,5 milyard dollar kredit vermək qərarına gəlib. Onun 10 milyardı bu il ərzində veriləcək. Beşmilyardlıq ilk tranş martın 12-də ölkəyə daxil olub. Martın 19-da isə Avropa Parlamenti islahatlara dəstək və ölkədə iqtisadiyyatın sabitləşməsi üçün 1,9 milyardlıq növbəti tranş ayrılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar