İŞİD İsrail ərazisinə raket zərbəsi endirdi

isid isisMisirin Sinay yarımadasından İsrail ərazisinə endirilən raket zərbəsinə görə məsuliyyəti İŞİD üzərinə götürüb.

APA TV-nin "Al-Arabia" agentliyinə istinadən verdiyi məlumata görə, terror təşkilatının Misirdəki nümayəndələri bu zərbənin "işğal olunmuş" ərazilərə endirildiyini bildiriblər.

Bundan əvvəl İsrail hərbi mənbələri ölkənin cənubunda bir raketin partladığını açıqlayıblar. Həmin raketin Misirin Sinay bölgəsindən atıldığı vurğulanıb. Polis raketin açıq əraziyə düşdüyünü və heç bir insan itkisinin olmadığını bəyan edib.

Hazırda Sinayda vəziyyət olduqca kritikdir. Yarımadada hökumət qüvvələri ilə terror qruplaşması arasında şiddətli döyüşlər ara vermir. Hər iki tərəfin itki verdiyi deyilir. Terrorçulara havadan da zərbələr endirilir.

Terrorçuların Qəzza sektoru ilə sərhəddə yerləşən hərbi blok-postlara və polis məntəqələrinə hücumları nəticəsində 100 silahlı, 17 hərbçi və polis öldürülüb.

İŞİD Sinay aeroportuna da hücumlarına ara vermir. Bu aerorota daha çox BMT sülhməramlılarını gətirən təyyarələr enirlər. Aeroport ərazisinə də bir neçə raket düşüb, ölən yoxdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar