Maliyyə naziri kreditorları “terrorçuluqda” ittiham edib

Yunanıstanın maliyyə naziri Yanis Varoufakis referendumdan bir gün öncə Afinanın kreditorlarını “terrorçuluqda” ittiham edib.İspaniyanın El Mundo qəzetinə danışan nazir bildirib ki, ölkənin kreditorları “insanlarda qorxunu təlqin edir”. "Onlar niyə bizi bankları bağlamağa məcbur etdilər? İnsanların arasında qorxunu təlqin etmək üçün. Qorxunu yaymaq isə terrorçuluq adlanır," cənab Varoufakis deyib.

Bundan əvvəl isə referendumda hər iki tərəf böyük yürüşlərlə kampaniyaya yekun vurublar.

Kütləvi yürüşlər fərqli mövqeləri dəstəkləyən onminlərlə yunan, bazar günü keçiriləcək referendum öncəsi, Afinada kütləvi yürüşlərə qatılıb.

Baş nazir Aleksis Tsipras, onu dəstəkləyənləri referendumda beynəlxalq iqtisadi yardım planına “Yox” deməyə çağırdığı zaman, alqışlarla qarşılanıb.

Lakin yaxınlıqda keçirilən digər böyük yürüş iştirakçıları bildirib ki, “Yox” nəticəsi Yunanıstanın avrozonadan çıxarılmasına apara bilər.

Yunanıstan məhkəməsi referendumun qanunlara uyğun keçirildiyi ilə bağlı qərar verib.

Yunanıstanın hazırki borclardan xilas proqramının müddəti çərşənbə axşamı başa çatıb. Bütün həftə boyu banklar bağlı olub və nəğd pul çıxarmalarına məhdudiyyət qoyulub.

BBC-nin Afinadakı müxbiri Chris Morris bildirib ki, heç kim bankların, hökumətin söz verdiyi kimi, gələn həftə açılacağına əmin deyil.

Cümə günü keçirilmiş rəy sorğularına görə referendumda “Hə” tərəfdarları, iştirakçıların 44 faizini, “Yox” tərəfdarları isə 43 faizini təşkil edib.

Polis və müşahidəçilərin təsdiqlədiyinə görə, cümə günü “Yox” tərəfdarlarının iştirakı ilə keçirilmiş yürüşdə insanların sayı daha çox olub. Bu cür yürüşlərin 10 digər yunan şəhərində keçirildiyi də bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar