Sarkisyana ultimatum verildi - FOTOLAR

Tələblərimizin yerinə yetirilmədiyi təqdirdə biz “Bir addım irəli!” aksiyasına başlayacağıq

Ermənistanda elektrik enerjisinin qiymətinin artımına qarşı etiraz edənlər hakimiyyətə ultimatum verib. ANS PRESS-in məlumatına görə, bunu etiraz aksiyasının təşkilatçılarından biri David Sanasaryan bildirib.

“Biz Baqramyan prospektini açmayacağıq. Bazar ertəsi, axşamadək gözləyəcəyik. Tələblərimizin yerinə yetirilmədiyi təqdirdə biz “Bir addım irəli!” aksiyasına başlayıb zibil qutularından ibarət barrikadaları prezident iqamətgahı istiqamətinə yönəldəcəyik”, deyə D.Sanasaryan bildirib.

David Sanasaryan

Qeyd edək ki, Ermənistanda elektrik enerjisinini qiymətinə qarşı mitinq edənlər yenidən paytaxt mərkəzində yerləşən Baqramyan prospektinə axışmağa başlayıb. Artıq 10 gündən çoxdur ki, etirazçılar meydandan çıxmır və hökümətə öz etirazlarını bildirirlər.

İstirahət gününə baxmayaraq, nümayişçilər ərazini tərk etmirlər. Barrikadalar qurulub və dinamiklərlə küçənin ortasında yenidən vətənpərvərlik mahnıları səslənir. Aksiyaların musiqi müşaiyəti artıq mitinq edənlərin xüsusi ənənəsi olub. Belə ki, cümə günü təxminən 300 insan prospektdə yerli rok qrupunun təşkil etdiyi konsertdə olublar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar