Cənubi Koreyada tibb işçisi virusa yoluxub

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Koreya Respublikasında Yaxın Şərq koronovirusunun (MERS) yayılması əhəmiyyətli dərəcədə azalıb, amma onu tam dayandırmaq hələlik mümkün olmur (Rosbalt).

Ötən gün ərzində MERS-ə yeni yoluxma hadisəsi qeydə alınıb. Yoluxmaya məruz qalan - «Samsung» tibb mərkəzinin həkimi olan qadındır.

Beləliklə, ölkədə virusa yoluxanların sayı 185 nəfərə yüksəlib. Onlardan 41 nəfəri hələ ki, xəstəxanadadır, 11 nəfər xəstə isə kritik vəziyətdədir.

Koronovirusdan indiyə qədər 33 nəfər ölüb. Səhiyyə nazirliyinin məlumatına görə, yeni ölüm halları qeydə alınmayıb.

Müalicə kursu alan 2 xəstə ötən gün xəstəxananı tərk edib. Ötən müddətdə cəmi 111 nəfər müalicə nəticəsində sağalıb.

«BBC» xəbər verir ki, indiyə qədər 2 mindən artıq insan karantinə yerləşdirilib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar