Azərbaycan rəsmiləri rus həmkarlarına futbolda uduzdu: 6-1

Bu gün azərbaycanlı nazir, deputat və rəsmi şəxslərdən ibarət komanda rusiyalı həmkarları ilə futbol matçı keçirib. Apasport.az saytının məlumatına görə, “Dalğa Arena”da baş tutan və saat 20:00-da başlamış oyunda qonaqlar bizim siyasilərdən ibarət komandanı darmadağın ediblər.

Dostluq görüşü heç də adlandırıldığı kimi dostca hesabla bitməyib. Şimal qonşularımızın qapımızdan keçirdiyi 6 qolun əvəzinə bizimkilər sadəcə 2 qolla cavab verə biliblər.

Qeyd edək ki, Azərbaycan komandasının heyətində millət vəkilləri Fazil Mustafa, Adil Əliyev, Təhsil Naziri Mikayıl Cabbarov, İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Baş Nazirin müavini Yaqub Eyyubov, Prezident Administrasiyasının şöbə müdürü Azər Əmiraslanov, AFFA-nın baş katibi Elxan Məmmədov, “Kəpəz” Futbol Klubunun baş məşqçisi Şahin Diniyev, futbol üzrə milli komandamızın baş məşqçisinin köməkçiləri Mahmud Qurbanov, Faiq Əzizov və digər bir sıra tanınmış siyasət və futbol adamları çıxış ediblər.

Təsəlli qollarımızdan birinə isə Şahin Diniyev imza atıb. Əlavə olaraq bildirək ki, Azərbaycan komandasının baş məşqçisi Vaqif Sadıqov olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar