Dağıstanda xüsusi əməliyyat: Ölənlər var

Dağıstanda Kizilyurt bandası kimi tanınan qruplaşmanın 2 üzvü xüsusi əməliyyat nəticəsində məhv edilib. ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri Rusiyanın Milli antiterror komitəsi (MAK) yayıb

“Naçeyevka və Matseyevka kəndləri arasında meşə sahəsinin yoxlanışı zamanı xüsusi xidmət döyüşçüləri avtomotik silahdan atəşə tutulublar. Demək olar bir sutka ərzində baş verən toqquşma və quldurların izlənilməsi zamanı 2 silahlı məhv edilib”- deyə Milli antiterror komitəsindən İnterfaksa verilən məlumatda bildirilir.

Lakin asayiş qoruyucuları tərəfindən də itkinin qarşısını almaq mümkün olmayıb. Antiterror təşkilatı bir nəfər Rusiya DİN daxili qoşunlarının xüsusi qüvvə döyüşçüsünün silahlı toqquşma zamanı həlak olduğunu bildirir.Hazırda toqquşma baş verən bölgədə quldur dəstəsinin digər üzvləri və onların əlbirlərinin aşkarlanması yönündə əməliyyat-axtarış tədbirləri davam edir.

“Antiterror əməliyyatı zamanı mülki əhali arasından xəsarət alan yoxdur”- deyə MAK-ın yaydığı xəbərdə qeyd olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar