İstanbul şəhəri ilə yanaşı, Kayseri, Qaziantep, Ərzurum, Bolu, Kütahya və Zonquldak vilayətlərində keçirilən askiyalarda minlərlə insan Çin hökumətinə qarşı çıxışlar ediblər.

Etirazçı Ömər Qul: “Biz Sintsyan-Uyğur Muxtar Rayonunda terrorizm, insan haqlarına qarşı heç bir zidd hərəkət görmək istəmirik. İnsanların sərbəst şəkildə namaz qılmasını, hüquqlarının təmin olunmasını, sərbəst hərəkət etmələrini istəyirik. Lakin regiondan gələn xəbərlər onlara qarşı təzyiqlərin hər gün daha da artdığını göstərir”

Fəallar Çin məhsullarının ölkədə boykot edilməsini istəyiblər. İstanbulda baş tutan aksiya zamanı bir qrup fəal küçədən keçən koreyalı turistlərin çinli olduğunu zənn edib onları döyməyə çalışıblar. Təhlükəsizlik qüvvələri qarşıdurmaya vaxtında müdaxilə edə bilib. Fəallarla polis arasında yaranmış qarşıdurmada isə, bir neçə nəfər xəsarət alıb.

Son dövrlərdə Çin hökuməti uyğur türklərinə qarşı təzyiqləri daha da artıb. Ramazan ayında uyğur türklərinin oruc tutması qadağan edilib.