Almaniyada bir qrup fəal Angela Merkelin çıxışına mane olub

Almaniyada Yunanıstanda xalqı bu gün keçiriləcək referendumda Avropanın sərt iqtisadi tələblərinə qarşı “yox” deməyə çağıran bir qrup fəal kansler Angela Merkelin çıxışına mane olub.

ANS PRESS-in məlumatına görə, fəallar əllərində yunan dilində üzərinə “yox” sözü yazılmış plakardlarla konfrans zalında çıxış etməyə başlayıblar. Fəallar Avropanın maliyyə siyasətinə qarşı şüarlar səsləndirib, Merkeli Avropanın adını biabır etməkdə təqsirləndiriblər.

Bir qədər sonra təhlükəsizlik xidməti əməkdaşları onları zaldan uzaqlaşdırıb. Merkel isə, çıxışı zamanı Yunanıstanı beynəlxalq kreditorların şərtlərinə “hə” deməyə çağırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar