Qarabağda erməni zabitləri qəzaya uğradı

Azərbaycanın erməni işğalı altında olan ərazisində içərisində hərbçilər olan avtomobil qəzaya uğrayıb.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, “VAZ 2106” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Nəticədə avtomobilin sürücüsü və bir sərnişini ölüb, avtomobildə olan daha iki nəfər isə xəsarət alıb.

Ölən və yaralananların hamısı zabitdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar