"Azərbaycanın hər tərəfdən təzyiqlərə məruz qalacaq" - Ərəstun Oruclu

"İctimai və siyasi fəalların təqibinə və həbsinə start verilsə, təəccüblənməyin".Musavat.com xəbər verir ki, bu sözləri “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu öz facebook səhifəsində yazıb.

Ə.Oruclunun sözlərini oldğu kimi təqdim edirik: "Qarşıdan gələn aylarda Azərbaycanı çox ciddi sınaq gözləyir. Neft qiymətlərinin düşməsinin və qeyri- rasional iqtisadi siyasətin yaratdığı böhranın dərinləşməsi ilə Azərbaycanın xarici siyasətindəki uğursuzluğun üst-üstə düşməsi qaçılmaz olacaq. Bu həm də ölkədəki idarəetmə sisteminin qüsurlarının qabarıq şəkildə üzə çıxmasına təkan verəcək. Ən təhlükəli tendensiya isə Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın hər tərəfdən təzyiqlərə məruz qalmaq ehtimalıdır ki, bu da özünü artıq bu gün göstərməkdədir. Bu reallıqları nəzərə alan hakimiyyət də yaranmış vəziyyətdən çıxış yolları axtarmaqdadır. Fikrinizə başqa şeylər gəlməsin və əsas çıxış yolu kimi ölkədəki ictimai və siyasi fəalların təqibinə və həbsinə start verilsə, təəccüblənməyin".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar