Klinton Çini ABŞ sirrlərini oğurlamaqda ittiham edib

ABŞ prezidentliyinə Demokrat partiyasının namziədlərindən biri olan Hillari Klinton Çini Amerikanın dövlət və kommersiya sirrlərini oğurlamaqda ittiham edib. Onun təbirincə, Çin "Amerikada tərpənməyən hər şeyi hək eləməyə çalışır". Bununla bağlı Klinton amerikalıları sayıqlığa çağırıb.

Bundan bir qədər əvvəl amerika rəsmiləri ABŞ hökümət agentliyinə kiber hücuma görə əsas şübhəlinin Çinin olduğunu bildirmişdilər. Çin, öz növbəsində, həmin ittihamları rədd edərək ABŞ-ın iddialarını "məsuliyyətsiz" adlandırmışdı.

Keçirilən tədbirdə çıxış edən Klinton, o cümlədən, hərbi qüdrəti sürətlə artan Çinin mübahisəli ərazilərdə hərbi obyektlər qurduğunu və ABŞ ilə müqavilələr imzalamış örkələrə təhlükə yaratdığını vurğulayıb.

Çinin artan hərbi qüdrəti qarşısında risk altında qalan ABŞ ilə müqaviləli ölkələr arasında Hillari Klinton Fillipini misal çəkib. Hillari Klinton prezident Barak Obamanın birinci prezidentlik dövründə ABŞ Dövlət katibi vəzifəsini tutub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar