ZİYA MƏMMƏDOV VİLLASINI TƏCİLİ SATIŞA ÇIXARDI - 50 milyon dollara

Azərbaycanın Nəqliyyat Naziri Ziya Məmmədov Bakı yaxınlığındakı dənizkənarı villasını təcili satmaq qərarına gəlib. Bu barədə BakuNews-a etibarlı mənbə məlumat verib. Məlumatda qeyd edilir ki, son günlər Ziya Məmmədova qarşı mətbuatda hucumların artması, həmçinin hakimiyyətin yuxarı eşalonunda ona və oğlu Anar Məmmədova qarşı kəskin neqativ rəyin formalaşmasını “sonun başlanğıcı” kimi qiymətləndirən nazir-oliqarx bahalı mülkiyyətlərini təcili satmağa qərar verib və Bakı yaxınlığındakı dənizkənarı villasını 50 milyon dollara satışa çıxarıb. Bundan sonra Moskvadakı oliqarxlardan biri müştəri çıxıb və dünən nəqliyyat nazirinin bu bahalı mülkünə baxış keçirib.

Etibarlı mənbə həmçinin qeyd edib ki, Ziya Məmmədov bəzi qohumlarının adına sənədləşdirilmiş xaricdəki bəzi mülk və obyektləri tamam başqa, kənar şəxslərin mülkiyyətinə keçirlməsi üçün göstəriş verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar