“Misirin prezidenti Mursidir...” -Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Misir rejimi tərəfindən “Müsəlman qardaşları”nın 13 üzvünün öldürülməsini kəskin şəkildə pisləyib. Musavat.com xarici qaynağa istinadən xəbər verir ki, Türkiyənin dövlət başçısı qeyd edib ki, şəxsən o, Misirin başında duranları dəfələrlə işğalçı adlandırıb.

Ərdoğan deyib: “Məni bir çoxları əs-Sisiyə qarşı çıxmaqda qınayır. Mən demokratiyaya və xalqın iradəsinə inanmışamsa, o zaman insan iradəsini qulaqardı edənlərə qarşı mübarizəni davam etdirəcəyəm”.

“Misirin əsl prezidenti Məhəmməd Mursidir” – vurğulayıb Türkiyə prezidenti.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar