Messi "ən yaxşı futbolçu" mükafatından imtina etdi - VİDEO

Argentina millisinin ulduzu Leonel Messi Amerika Kuboku-2015-in ən yaxşı futbolçusu mükafatından imtina edib.ANS PRESS-in məlumatına görə, bu barədə italiyalı jurnalist Tankredi Palmeri öz Twitter səhifəsində yazıb.

"İnanılmazdır. Messi Amerika Kuboku-2015-in ən yaxşı futbolçusu mükafatından imtina etdi. Ona görə ki, Dünya Çempionatı-2014-dəki kimi alçalmaq istəmədi. Bu hadisə mərasimin on dəqiqə gec başlamasına səbəb olub", – deyə Palmeri yazıb.

Xatırladaq ki, Argentina Kubokun finalında Çili millisinə oyunsonrası penaltilər seriyasında 1:4 hesabı ilə məğlub olub.

Messi turnirdə keçirdiyi altı oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar