Mövsümi meyvələrin baha olmasının səbəbi nədir? - VİDEO

Meyvə mövsümü olmasına baxmayraq hər kəs meyvələrdən ürəklə yeyə bilmir. Səbəb isə çox sadədir. Qiymət yüksəkdir. Bəs illin-günün bu vaxtında mevənin baha olmasının səbəbi nədir?.ANS TV-nin məlumatına görə, mövsümi meyvələrin - gilas, albalı, əriyin qiymətində bahalaşma müşahidə edilir. Bazarda alıcıya təklif edilən nisbətən xırda gilas 1 manat 50 qəpikdən başlayaraq satılır. Yaxşı gilasın çəkisi 3-4 manatdır. Albalı gilasdan bahadır. Bazarda 2,5 - 3 manatdan ucuz albalı tapmaq mümkün deyil. Əriyin qiyməti 2 manat 50 qəpikdən başlayır.

“Bu gün bunun qiyməti olmalıdır 1 manat 50 qəpik. Amma 2 manat 50 qəpikdir. Bugünkü bazar heç cür cibə uyğunlaşmır”, – deyə alıcı Vilayət Quliyev bildirib.

Alıcı Əkbər Əliyev də bahaçılıqdan şikayətlənir: "Bahalıqdır. Bizim məhsullardır, gərək bir az ucuz olsun".

Satıcılar meyvənin qiymətinin baha olmasını bir neçə səbəblə əlaqələndirirlər. Bunu nəqliyyat və s. xərclərlə əlaqələndirənlər də oldu. Bakıya malın az gətirilməsilə əsaslandıranlar da, yerlərdə baha satılmasını söyləyənlər də.

Satıcı Reyhan Quliyeva qeyd edib ki, əriyi 2 manat 60 qəpiyə alıb, 3 manata satır: "Bu məhsulu isə 2 manat 20 qəpiyə alıb, 2 manat 50 qəpiyə satıram".

Satıcı Gülarə Mirzəyeva sözlərinə görə, bahalığa səbəb yolların bir müddətdir bağlı olmasıdır: "Heç çəkilən zəhmətinə belə dəymir..."

Kiçik bir araşdırmamız onu göstərdi ki, qiymət heç topdansatış nöqtələrində də ucuz deyil. Tərtər rayonun ərik bağlarında sahibkarlar ümumiyyətlə qiymət barəsində danışmaqda çətinlik çəkirlər.

“Ötən il əriyin topdan satışı 1 manat 50 qəpiklə 2 manat civarında dəyişirdi. Ən son qiymət isə 50 qəpik arasında oldu. Bu illəri isə bağlarda məhsul bol olamadığına görə alıcılar ərik bağlarına maraq göstərmədilər. İlk olaraq alıcılar 4 manatdan təklif etdilər və nə oldusa onda oldu”,- deyə sahibkar Məhəmməd Şirinov vurğulayıb.

Bölgələrdən söylədilər ki, bu ilki quraqlıq məhsuldarlığa mənfi təsir göstərib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar