Bülletenlərin sayının hesablanması başa çatdı - Son nəticə

52-Greece-AFP61,31% yunanlı kreditorlarla razılığa gəlməyə “yox” dedi

Yunanıstanda referendum bülletenlərinin 100% hesablanması başa çatıb.

Anspress-in məlumatına görə, bu barədə Yunanıstan Daxili işlər nazirliyinin rəsmi saytında qeyd olunub.

Son nəticələrə əsasən referendumda iştirak edən yunanların 61,31% faizi kreditorların tələblərinə "yox" deyib, seçicilərin 38,69%faizi isə "bəli" deyə cavab verib.

Yunanıstan Daxili işlər nazirliyinin rəsmi saytında qeyd olunan nəticə

Referendumun nəticələri avroya təsirsiz ötüşməyib. Kreditorlarla razılaşmanın rəqiblərinin qalibiyyəti məlum olan kimi avronun kursu dollara nisbətdə 1,12 faiz aşağı enib. Bu fonda avro ilə dollar arasında paritet olacağı ehtimalı artır.

Yunanıstanın paytaxtı Afinada referendumun ilkin nəticələri elan olunduqdan sonra bir qrup fəal təhlükəsizlik qüvvələrinə hücum ediblər. Tərəflər arasında qarşıdurmalar yaşanıb. Fəallar polisə daş və yanıcı-kəsici maddələr atıblar. Təhlükəsizlik qüvvələri zorakılıq törədən vətəndaşlara qarşı əməliyyatlar keçirməyə başlayıb. Qarşıdurmalar zamanı azı 10 nəfər həbs olunub.

Hazırda isə minlərlə insan Afinanın mərkəzində yerləşən Sintaqma meydanına toplaşaraq, əllərində Yunanıstan bayrağı ilə nəticələri bayram edirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar