Ermənistan ordusunda daha bir itki

Ermənistan ordusu daha bir əsgərini itirib.

Anspress-in məlumatına görə, erməni mətbuatının yazdığı kimi, hadisə iyulun 4-də baş verib və hərbi qulluqçu 1995 təvəllüdlü Arsen Xaçatryan Azərbaycan tərəfinə hücum zamanı yaralanıb və bu gecə dünyasını dəyişib.

Hadisə qoşunların təmas xəttinin şimal-şərq istiqamətində gedən döyüş mövqeyində yerli vaxt üzrə gecə saat 01:30-da qeydə alınıb.

Ermənistan Müdafiə Nazirliyi faktı təsdiqləyib və bildirib ki, hadisənin baş vermə şəraitinin müəyyənləşdirilməsi üçün istintaq aparılır.

Ümumiyyətlə, erməni silahlı birləşmələri iyunun 28-dən iyulun 4-dək cəbhə xəttində atəşkəs rejimini 300 dəfə pozublar.

Bu dövr ərzində Azərbaycan mövqelərinə qarşı tərəf müxtəlif istiqamətlərdə müxtəlif çarplı atıcı silahlardan 6 mindən çox atəş açılıb.

Təbii ki, Azərbaycan ordusu düşmənin fitnəkar hərəkətlərinə adekvat cavab verir və döyüş mövqelərinin təhlükəsizliyin təmin olunması üçün lazımlı addımları atır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar