ATƏT PA-ya yeni baş katib seçildi

ATƏT Parlament Assambleyasının (ATƏT PA) Finlandiyanın paytaxtı Helsinkidə keçirilən yay sessiyası çərçivəsində quruma yeni baş katib seçilib.

Modern.az saytı ATƏT PA-nın mətbuat xidmətinə istinadə xəbər verir ki, italiyalı deputat Roberto Montella yeni baş katib olub.

Qeyd edək ki, Montella vəzifəsinin icrasına 2016-cı il yanvar ayının 1-dən başlayacaq. Hazırkı baş katib Oliver Spenseri 2015-ci ilin sonunda vəzifəsindən gedəcək.

ATƏT PA-nın baş katibi 5 il müddətində tutduğu vəzifəni icra edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar