Ukraynanın şərqində 5 əsgər öldürülüb

Ukraynanın şərqində 5 əsgər öldürülüb, üçü yaralanıb. Ordunun sözçüsü Oleksandr Motuzyanyk iyulun 5-də jurnalistlərə deyib ki, insident Donetsky kəndində, separatçıların tutduğu Luqanskdan 50 km qərbdə baş verib.

Fevralda Minskdə bağlanmış atəşkəs sazişindən sonra əsgərlərlə rusiyapərəst yaraqlılar arasında atışma azalıb. Hər iki tərəf bir-birini pozuntularda ittiham edib.

“Münaqişə zonasında durum çətin olaraq qalır. Yaraqlılar hücuma keçirlər, ancaq intensivlik azalıb,” Motuzyanyk deyib.

Separatçılar isə Ukrayna ordusunu son 24 saat ərzində 32 dəfə atəşkəsi pozmaqda ittiham edib. /"Azadlıq" radiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar