Yunanıstanın maliyyə naziri Varoufakis istefa verdi

Yunanıstanın maliyyə naziri Yanis Varoufakis istefa verdiyini açıqladı.

Yanis Varoufakis bildirib ki, istefasının səbəbi Avrozonanın bəzi üzvlərinin onu arzuolunmaz hesab etməsidir.

Varoufakis, "Yunanistanda Bazar günü keçirilən referendumun nəticələrinin açıqlanmasından qısa bir müddət sonra bəzi Avro Qrupu iştirakçılarının bəlli seçimləri ilə bağlı xəbərdar edilmişəm və toplantılarındakı mövcudluğumu bitirirəm. Bu səbəbdən Maliyyə Nazirliyindən ayrılıram. Aleksis Siprasa dəstək olmağı vəzifəm hesab edirəm " açıqlamasını edib.

O, referendumdan "Bəli" nəticəsinin çıxdığı təqdirdə istefa verəcəyini açıqlamışdı. Lakin referendumdan "Xeyr" nəticəsi çıxıb.

Varoufakis referendumun nəticəsi məlum olandan sonra, "Xalq beş ildir ki, davam edən riyakarlığı rədd etdi" açıqlamasını vermişdi. /"Marja"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar