Şahid Nemtsovun qətlində şübhəli bilinən şəxslərdən birini tanıyıb

nemtsov_2Rusiya İstintaq Komitəsinin əməkdaşları “Şimal batalyonu”nun döyüşçüsü Ruslan Geremeyevin evində işləyən xadiməni dindiriblər.

APA-nın “Kommersant”a istinadən verdiyi məlumata görə, adı açıqlanmayan qadın istintaqın Boris Nemtsovun qətlinin təşkilatçısı hesab etdiyi Rusik ləqəbli şəxsi tanıyıb.

O bildirib ki, Rusik R. Geremeyev deyil, onun sürücüsü Ruslan Muxudinovdur. “Çeçenlər səhv olmasın deyə, onları məhz Ruslan və Rusik çağırmağı xahiş edirdilər. Onlar yeni evə köçəndən sonra ora yeni sakinlər və qonaqlar peyda oldular. Öncə Artur Geremeyev, sonra isə Zaur Dadayev gəldi. Fevralda isə onlara Anzor Qubaşev və Temirlan Əsgərxanov qoşuldular. Bəzən evdə Beslan Şavanovla Aslanbek adlı şəxs peyda olurdu”.

İstintaqa ifadə verən qadın bildirib ki, onlarda heç vaxt silah görməyib və Nemtsovla bağlı hansısa planlar qurduqlarını eşitməyib. Onun sözlərinə görə, həmin şəxslər ancaq məişət mövzularında danışırdılar və daim dua edirdilər. Qadın onu da əlavə edib ki, bu adamlar mart ayında kirayə yaşadıqları mənzildən köçüblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar