Nazarbayev bu gün 75 illiyini qeyd edir

nazarbayev3“İstənilən siyasətçi məni düzgün başa düşər”

Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu gün 75 illiyini qeyd edir. Bu yubileyi o yaxşı əhval-ruhiyyə ilə qarşılayır.

“Allaha şükür ölkəmizdə sakitçilikdir”.

Oxu.Az xəbər verir ki, bu barədə Qazaxıstan lideri TASS-a verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, onun şəxsi planlarına daxil olmayan növbədənkənar prezident seçkiləri bu il alınıb və hamı üçün təəccübləndirici nəticə ilə başa çatıb.

“Bu, təbii ki, əhval-ruhiyyəni yüksəldir, - dövlət başçısı qeyd edib. – Düşünürəm ki, istənilən siyasətçi məni düzgün başa düşər”.

Nazarbayevin qeyd etdiyinə görə, keçilmiş həyat yolu insan yaddaşında parlaq anlar qoyur, hər şey toplanır və ikinci dərəcəli olanlar unudulur.

“Ağır zamanlar olub, - prezident etiraf edib. – Digər tərəfdən isə, bu, qazaxıstanlıların digər nəsli üçün təkrarlanmayacaq zaman idi.

Mən yalnız ölkəmizin müstəqilliyinin şahidi deyiləm, həm də bu müstəqilliyi, bu dövləti yaradanlardan biriyəm”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar