Avropa İttifaqının mövqeyi dəyişməz qalır - qurum şaiyələri təkzib edir

Xarici KİV-in yaydığı məlumata görə, Avropa İttifaqı (Aİ) Moskva nümayəndəliyinin mətbuat katibi Soren Liborius bəyan edib ki, təmsil etdiyi qurumun Krım məsələsinə yönəlik mövqeyi heç bir dəyişikliyə məruz qalmayıb. Xəbəri «İnterfaks» agentliyi yayıb.

Bundan əvvəl bir sıra KİV-i belə bir məlumat yaymışdılar ki, guya Aİ Krımda yeni referendumun keçirilməsini mümkün sayır, o halda ki, referendum beynəlxalq hüquq normalarına uyğun və ATƏT-in müşahidəsi altında keçirilmiş olsun.

Bu məlumatları şərh edən Liboius «İnterfaks»a deyib: «Krıma yönəlik bizim movqeyimiz dəyişməz qalır. Aİ Krımın qeyri-qanuni ilhaqını tanımır və Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə əməl olunması mövqeyindən çıxış edir».

Bundan əvvəl, şənbə günü Krım respublikasının başçısı Sergey Aksyonov bu xəbərə reaksiya verib. O, Krımın Rusiyanın tərkibinə keçməsi barədə təkrar referendumun keçirilməsini artıq hesab edir.

Bu barədə Aksyonov özünün feysbuk səhifəsində yazıb: «Biz, kimə isə, nəyi isə sübut etməyə ehtiyac görmürük. Krımda qanuni referendum keçirilib. İxtiyari yeni sosiologiya, o cümlədən, beynəlxalq tədqiqat şirkətlərinin apardığı sosioloji araşdırma göstərir ki, bu gün krımlılar Rusiya dövlətinə tam etibar edirlər...».

Aksyonovun fikrincə, əgər referendum keçirilərsə, yarımada sakinlərinin böyük əksəriyyəti Krımın Rusiya Federasiyasının tərkibinə daxil olmasının lehinə səs verərdi: «Amma şəxsən mən, buna ehtiyac hiss etmirəm».

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar