Ermənistana daha 40 milyon dollar kredit və 14 milyon dollar ƏVƏZSİZ YARDIM

Kredit illik 2%-lə, ilk 10 ili güzəştli olmaqla, 20 il müddətinə verilib.

APA-nın “Armtoday” saytına istinadən verdiyi xəbərə görə, Ermənistanın maliyyə naziri Qagik Xaçatryanın rəhbərlik etdiyi nümayəndə heyəti Avrasiya Stabilləşmə və İnkişaf Fondunun Moskvada keçirilən iclasında iştirak edib.

Fond Ermənistanın “Suvarma sistemlərinin müasirləşdirilməsi” layihəsinin maliyyələşdirilməsi üçün bu ölkənin müraciətini müsbət cavablandırıb. Kredit illik 2%-lə, ilk 10 ili güzəştli olmaqla, 20 il müddətinə verilib.

Səfər zamanı Q. Xaçatryan rusiyalı həmkarı Anton Siluanovla da görüşüb. Nazirlər Ermənistanın Gömrük İttifaqı və vahid iqtisadi məkana qoşulması üzrə tədbirlərin həyata keçirilməsi məqsədilə Ermənistan Maliyyə Nazirliyinə 14,1 milyon dollar əvəzsiz yardım ayrılması haqqında saziş imzalayıblar.

Bu məbləğin Ermənistan ordusu üçün müasir silahlar alınmasına xərclənəcəyi açıqlanıb.Xatırladaq ki, ötən həftə Rusiya ilə Ermənistan arasında bu ölkəyə 200 milyon dollar güzəştli kredit ayrılması haqqında saziş imzalanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar