Yunanıstanın maliyyə naziri istefa verdi

Xarici KİV-in yaydığı məlumata görə, bu gün (bazar ertəsi) Yunanıstanın maliyyə naziri Yanis Varufakis istefaya getdyi barədə bəyanat verib (TASS).

Varufakisin sözlərinə görə, avrozonanın bəzi üzvləri maliyyə nazirlərinin görüşlərində onun iştirakını arzuolunmaz hesab ediblər. «Bu səbəbdən, mən bu gün maliyyə naziri postunu tərk edirəm» - deyə, «Reuters» ona istinadla xəbər verir.

Bununla belə yunanıstanlı nazir qeyd edib ki, baş nazir (Aleksis Tsiparis) hesab edir ki, razılığın əldə olunması (beynəlxalq kreditorlarla) məqsədilə onun görüşlərdə iştirakı faydalı olardı.

Yayılan xəbərlərə görə, bu ölkədə dünən keçirilmiş referendumda əhalinin 61,31 faizi ölkənin borc məsələsində kreditorların irəli sürdüyü şərtlərə «yox» deyib. Bu nəticə, bülletenlərin 100 faiz sayılıb qurtarmasından sonra elan olunub.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar