ARDNF Rusiya banklarından vəsaitlərini çıxardıb

neft fonduAzərbaycan Respublikasının Dövlət Neft Fondu, Fondun depozitlərə investisiyaları barədə məlumatları açıqlayıb.

“Marja” xəbər verir ki, 31 dekabr 2014-cü il tarixinə Fond 1 milyard 19,6 milyon manat məbləğində pul vəsaitlərini kredit reytinqləri BB/Ba3 (Standard & Poor’s/ Fitch/Moody’s) və daha yuxarı olan qeyri-rezident banklarda depozitlərdə yerləşdirmişdir.

1 milyard 19,6 milyon manat depozitin 355,04 milyon manatı “Türkiye İş Bankası A.S. İstanbul”a, 309,158 milyon manatı “T.C. Ziraat Bankası A.Ş.”yə, 263,286 milyon manatı “Akbank T.A.Ş, İstanbul”a, 84,243 milyon manatı “Türkiye Garanti Bankası AŞ”yə, 7,846 milyon manatı “ABB Moskva” bankına yerləşdirilib.

Ötən il Fond “Ziraat” və “Akbank”da yerləşdirdiyi depozitləri kəskin artırıb, “İşBankası” və “Garanti Bankası”ndakı depozitlərini isə azaldıb.

Dövlət Neft Fondu ötən il Rusiyanın Qazprombank və VTB Bank banklarında, həmçinin BNP Paribas-da depozit yerləşdirməyib. Fond 2013-cü ildə Qazprombank-da 78,817 milyon manat, VTB Banka 49 milyon manat depozit yatırmışdı.

Dövlət Neft Fondu bildirir ki, depozitlərin müddəti müddəti 2015-ci ilin yanvar və mart aylarında başa çatıb. Bu dövrdən sonra banklara yenidən yatırılmış depozitlər barədə məlumat yoxdur.

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (“ARDNF”) Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun Yaradılması haqqında” Fərmanı (“Fərman”) ilə yaradılmışdır. ARDNF, neft və qaz ehtiyatlarının kəşfiyyatı və inkişafına dair müqavilələr çərçivəsində gəlirlərin, digər pul axınlarının, habelə ARDNF-in öz fəaliyyəti nəticəsində əldə edilən gəlirlərin toplanması, səmərəli idarə edilməsi və Azərbaycan Respublikası vətəndaşlarının və gələcək nəsillərin rifahı naminə istifadə edilməsi məqsədilə yaradılmışdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar