Neft 59 dollardan da aşağı düşdü

Dünən Yunanıstanda keçirilmiş referendumdan “Xeyr” cavabının çıxması ilə neft ucuzlaşır.

Bu gün Bakı vaxtı ilə 14:30-da brent neftinin barrelinin qiyməti 58,84 dollar səviyəsini görüb. Ümumiyyətlə, bu gün brent nefti 2,5% ucuzlaşıb.

Digər tərəfdən, İran Xarici işlər naziri Cavad Zərif nüvə müzakirələrində yekun razılaşmaya yaxın olduqlarını, ancaq bəzi texniki və mətn problemlərinin davam etdiyini deyib. Razılıq təmin olunarsa, İranın neft ixracının önündəki manelər götürüləcək və qlobal neft təklifi bolluğu daha da şiddətlənəcəkdir.

Xatırladaq ki, 06 May 2015-ci il tarixində brent neftinin qiyməti 69,02 dollara yüksəlmişdi. Son 2 ayda neft 10 dollar ucuzlaşıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar