"Razılaşma bu həftə əldə oluna bilər”

ABŞ dövlət katibi John Kerry bildirib ki, İranın mübahisəli nüvə proqramı üzrə razılaşma bu həftə əldə oluna bilər.

O, Vyanada keçirilmiş danışıqlar zamanı jurnalistlərə bildirib.

Lakin cənab Kerry onu da əlavə edib ki, hər iki tərəf “bir neçə ən çətin məsələdə lazım olunduğu yerdə deyil”.

Danışıqlar iyulun 7-də başa çatmalıdır. İranın xarici işlər naziri cümə günü bildirib ki, razılaşma heç vaxt bu qədər yaxın olmamışdı.

“Çox yaxın”

“Əgər çətin seçimlər növbəti günlərdə həllini taparsa və tez həll olunarsa, bu həftə razılığa gələ bilərik,” cənab Kerry bildirib.

Son bir neçə gün ərzində, “ciddi irəliləyiş” əldə edilib, o əlavə edib.

Lakin “əgər razılıq əldə olunmazsa və vacib məsələlərdə istəksizlik və barışmazlıq nümayiş etdirilərsə”, ABŞ danışıqları tərk etməyə hazırdır.

İranın xarici işlər naziri Cavad Zərif bildirib ki, bəzi fikir ayrılığı qalmaqdadır və “hələ də hər şey aydın deyil”.

Lakin o əlavə edib ki, bütün tərəflər çox çalışır.

Aİ xarici işlər rəisi Federica Mogherini razılaşıb ki, danışıqlar mühiti “konstruktiv və pozitiv” olub.

“Biz çox yaxınıq,” o bildirib.

ABŞ, Böyük Britaniya, Fransa, Çin və Rusiya üstəgəl Almaniyadan ibarət “P5+1” qrupu İranın həssas nüvə fəaliyyətini yavaşlamasını istəyir və onun nüvə silahı əldə etməyəcəyinə əmin olmaq istəyirlər.

Qarşılığında, iqtisadiyyatını ağır vəziyyətə salmış beynəlxalq sanksiyaların qaldırılmasını istəyən İran isə, nüvə fəaliyyətinin sülhməramlı olduğunu iddia edir.

İranın ali lideri Ayətullah Xamneyi keçən həftə “5+1” qrupunun bəzi əsas tələblərini rədd edib və İranın nüvə infrastrukturunu yalnız sanksiyalar aradan qaldırıldıqdan sonra sökəcəyini bildirib.

Razılaşma əldə olunduqdan sonra imzalanmadan öncə ABŞ Konqresi tərəfindən nəzərdən keçirilməlidir. /BBC

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar