Yerevanda 50-yə yaxın fəal həbs olunub

Yerevanda etiraz aksiyasının dağıdılması zamanı 40-50 fəal həbs edilib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu etirazçılardan biri Maksim Sarqsyan deyib.

O, ən azı 40-50 nəfərin saxlanıldığını, ancaq onların sayları barədə dəqiq məlumatı olmadığını qeyd edib: “İndi onların hara aparıldığını dəqiqləşdiririk. Bundan sonra gələcək fəaliyyətimizlə bağlı qərar verəcəyik”.

Hazırda Baqramyan prospektində hərəkət bərpa olunub, səkilər əvvəlki kimi polis əməkdaşlarının nəzarəti altındadır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar