Nigeriyada 50-ə yaxın adam öldürülüb

Nigeriyanın Cos şəhərində törədilən 2 partlayışda azı 44 nəfər ölüb.

Şahidlərin sözlərinə görə, hədəflərdən biri restoran, digəri isə terrorçu Boko Haram qrupuna qarşı çıxan müsəlman dini xadim olub.

Fövqəladə hallar idarəsinin məlumatına görə restoranda törədilən partlayışda 23, məsçiddə törədilən partlayışda isə 21 nəfər ölüb.

Bundan başqa 47 nəfərin yaralandığı xəbər verilir.

Hələlik partlayışlara görə cavabdehliyi heç kim üzərinə götürməyib.

Elə həmin gün bundan əvvəl isə ölümə gedən terrorçu kilsədə 6 nəfəi öldürüb.

Boko Haram qrupunun bundan əvvəl, son bir neçə ayda Nigeriyada törətdiyi hücumlar nəticəsində azı 200 adam ölüb. /"Azadlıq" radiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar