1,2 milyardlıq aktivləri var, amma zərərlə işləyib

Azərbaycanın iri maliyyə və sənaye qruplarından biri olan “AB Standard" QSC 2014-cü ili 117,09 min manat zərər ilə başa vurub.QSC-nin maliyyə hesabatlarına əsasən, ötən il “AB Standard" QSC-nin cəmi gəlirləri 144 milyon 826 min manat, cəmi xərcləri isə 144 milyon 943 min manat təşkil edib.

Keçən il, “AB Standard" QSC cəmi gəlirlərinin 102 milyon 123 min manatını bank fəaliyyətindən, 14 milyon 872 min manatını sığorta fəaliyyətindən, qalan hissəsini isə digər fəaliyyət növlərindən əldə edib.

“AB Standard" QSC 2012-ci ildə 7 milyon manat zərər, 2013-cü ildə isə 2 milyon manat mənfəət açıqlamışdı.

2013-cü illə müqayisədə “AB Standard" QSC-nin cəmi aktivləri təxminən 10% artaraq 1 milyard 215 milyon manata çatıb.

“AB Standard" maliyyə və sənaye qrupuna “Bank Standard” QSC, "Standard Insurance" MMC, "AB Legal Consulting Group" MMC, “Standard Lizinq” MMC, "Standard Capital" MMC, "Standard Football Club" MMC, “Dərnəgül Boru Zavodu” və “AB Qala” oteli daxildir. (marja)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar