"NAZİRİN QARDAŞINI DA GÜLLƏLƏYİB..." - Qusarda danışılanlar, hadisənin ŞOK SƏBƏBİ

Türkiyəyə aparılan nazir qardaşının ağır yaralı olduğu bildirilir

İyunun 30-da Qusar rayonunun Çiləgir kəndində nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovun villasında baş vermiş qətlin yeni sensasion təfərrüatları məlum olub. Qətllə bağlı yayılmış ilk xəbərdə qeyd edilirdi ki, N.Məmmədovun qudası Ramiz Vəliyev öz evində 1967-ci il təvəllüdlü Eynulla Hacıyev tərəfindən qısqanclıq zəminində öldürülüb. E.Hacıyev hadisə yerindən qaçsa da, Qusar rayon polis əməkdaşları onu bir gün sonra həbs ediblər.

Hadisə zamanı evdə olan Nəriman Məmmədov isə qətl hadisəsindən sonra şok keçirib. Hadisədən sonra onun dili tutulub. Vəziyyəti pisləşən N.Məmmədova ilk tibbi yardım Qusar Rayon Mərkəzi Xəstəxanasında göstərilsə də, sonradan onu Bakıya aparıblar. Lakin paytaxt həkimləri nazirin qardaşına köməklik edə bilməyiblər. Ona görə də şokdan çıxa bilməyən N.Məmmədovu məcbur olub Türkiyəyə aparıblar.

Ancaq bir gün sonra yayılan məlumatda hadisənin qısqanclıq zəminində baş verdiyi təsdiqlənsə də, cinayətin əslində Ramiz Vəliyevin evində deyil, Nəriman Məmmədovun evində baş verdiyi bildirildi. O da qeyd edildi ki, əslində Eynulla Hacıyev evin sahibi olan nazirin qardaşını öldürmək istəyib. Lakin səhvən onun qudası Ramiz Hacıyevi öldürüb. Buna səbəb isə nazirin qardaşının evin qulluqçusu ilə yaxınlıq münasibəti olub və qətl də məhz bu səbəbdən namus üstündə törədilib.

Qusar Rayon İcra Hakimiyyətinin Urva inzibatı ərazi vahidliyinin nümayəndəsi Süliddin İsgəndərov deyib ki, qətli törədən Eynulla Hacıyev içki düşkünü olub və ailəsində bu səbəbdən tez-tez münaqişə yaşanıb. Onun bacısı isə Nəriman Məmmədovun villasının qulluqçusudur. Maraqlıdır ki, icra nümayəndəsi qətlin qısqanclıq zəminində baş verdiyinə inanmadığını bildirib.

Bəs onda nazirin qardaşını öldürmək cəhdinin arxasında dayanan sirr nədir? Eynulla Hacıyevi Nəriman Məmmədova qarşı kim qoya bilərdi?

Ən əsası, evin qulluqçusu ilə nazirin qardaşının yaxınlıq münasibəti olubsa, Eynulla Hacıyev niyə onun qudasını qətlə yetirib?

Qusar Rayon Prokurorluğunun yetkililəri hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi qaldırıldığını deməklə kifayətləndiyindən, bu suallar hələ də cavabsız qalıb.

Nə Ziya Məmmədovun, nə qətlə yetirilən Ramiz Vəliyevin, nə də cinayəti törədən Eynulla Hacıyevin ailəsindən hadisə ilə bağlı aydınlaşdırıcı bir açqlama verilməyib.

Yalnız qətlin bəzi təfərrüatları barədə məlumatlar yayılandan sonra Ziya Məmmədovun digər qardaşı, deputat Elton Məmmədov mətbuata açıqlamalar verərək, gah bu məlumatları təkzib etməyə cəhd edib, gah da baş verənləri dolayısı ilə təsdiq edərək “mən orada olmamışam, xəbərim yoxdur” deməklə kifayətlənib.

"Yeni Musavat"ın məlumatına görə, cinayətin motivi nazirin qardaşının villasında ötən ilin fevralında baş vermiş bir dəhşətli hadisə ilə əlaqələndirilir. Belə ki, qatil E.Hacıyevin qardaşı daha əvvəl Nəriman Məmmədovun villasında gözətçi işləyib. Lakin bir il əvvəl nazirin qardaşının evində hələ də səbəbi bilinməyən partlayış baş verib və Şəkixan Hacıyev (Eynulla Hacıyevin qardaşı) və onun həyat yoldaşı Maral Hacıyeva dünyasını dəyişib. Partlayışda dünyasını dəyişən ailənin oğlu isə 1992-ci ildə Qarabağda şəhid olubmuş.

Partlayışın nə səbəbdən baş verdiyini aydınlaşdırmaq üçün internet resurslarında axtarış etdikdə məlum olub ki, hadisə ötən ilin fevral ayının 1-də baş verib. Xəbərdə deyilir ki, fevral ayının 1-də səhər saatlarında Qusarda (kəndin adı göstərilmir) Şəkixan Hacıyevə məxsus evdə qaz sızmasından partlayış baş verib. Partlayışdan sonra isə güclü yanğın olub. Hadisə zamanı Şəkixan Hacıyev və onun həyat yoldaşı Maral Hacıyeva ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Maral Hacıyevanın 80 faiz bədəni yanıb. Həkimlərin səyinə baxmayaraq, fevralın 5-də qadın həyatını itirib.

6 gün sonra - fevralın 11-də isə Şəkixan Hacıyev də vəfat edib. Yalnız bəzi saytlar öz mənbələri ilə araşdıraraq hadisənin Hacıyevlərin öz evində deyil, Qusar rayonunun Çiləgir kəndində baş verdiyini və mənzilin nazirin qardaşı Nəriman Məmmədova məxsus olduğunu yazıb. Bununla da hər şey unudulub...

Rəsmi məlumatda evin N.Məmmədova məxsus olması barədə heç nə deyilməməsi də şübhələri artırır. Ehtimal etmək olar ki, nazirin qardaşının evi ötən il məhz qəsdən partladılıb. Çünki Nəriman Məmmədov bu ağır hadisədən sonra Eynulla Hacıyevi villasında işə götürüb.

E.Hacıyev, görünür ki, qardaşının və qardaşı arvadının faciəli ölümündə Nəriman Məmmədovu günahlandırırmış. Hətta belə bir iddia da var ki, əslində cinayət hadisəsi zamanı nazirin qardaşı da yaralanıb.

Dünən Qusar rayonunda olan "AzPolitika.info"nun əməkdaşı  isə hadisə ilə bağlı rayonda xeyli fərqli məlumatların yayıldığının şahidi olub. Belə ki, füsunkar mənzərəsi ilə seçilən Çiləgir kəndi rayon mərkəzinə bitişik olduğundan, orda baş verənlərdən demək olar hamı məlumatlıdır.

Rayonda danışılanlara görə isə, Eynulla Hacıyev iddia edildiyi kimi içki düşkünü olmayıb. Onun əvvəllər qaynaqçı işlədiyi, məlum parlayış hadisəsində qardaşı öldükdən sonra Nəriman Məmmədovun onu öz villasında işə götürdüyü bildirilir.

Son dəhşətli qətl hadisəsinin baş vermə səbəbinin qısqanclıq olduğu təsdiqlənsə də, bir qədər fərqli fikirlər səslənir. Eynulla Hacıyevin bu hadisəni öz namusunu təmizləmək üçün törətdiyi göstərilir.

Belə ki, rayon camaatı Eynulla Hacıyevin bu hadisəni N.Məmmədovun bacısı ilə olan münasibətinə görə deyil, arvadı ilə yaxınlığını aşkarladığı üçün törətdiyini bildirirlər.

Qeyd edilir ki, nazir qardaşının Eynulla Hacıyevin arvadı ilə münasibətinin olduğuna dair söz-söhbət kənddə xeyli vaxt imiş ki, yayılıbmış. Eynulla Hacıyev bunu eşidib, onları izləməyə başlayıb. Hadisə baş verən gün Nəriman Məmmədov Eynulla Hacıyevin arvadı ilə bir yerdə olub.

Eynulla Hacıyev evə girərək birinci Nəriman Məmmədovu vurub, sonra arvadını vurmaq istəyib, lakin güllə hədəfdən yayınıb. Ehtimal edilir ki, Eynulla Hacıyev arvadını vurmaq üçün onun arxasınca çıxdıqda N.Məmmədovun qudası Ramiz Vəliyevlə qarşılaşıb. Qəzəblənmiş Hacıyev bu məsələdə heç bir günahı olmayan Ramiz Vəliyevi də qətlə yetirib.

Ancaq onun arvadını öldürmək cəhdi baş tutmayıb. O, fürsətdən istifadə edərək aradan çıxa bilib. Eynulla Hacıyevin məhz arvadını öldürmək üçün gizləndiyi, dərhal polisə təslim olmadığı iddia edilir. Ancaq polis onu bacısının evində taparaq həbs edib.

Qusarda danışırlar ki, Nəriman Məmmədov ağır güllə yarası aldığı üçün Türkiyəyə aparılıb. Onun şok keçirərək dilinin tutulduğuna dair məlumatların isə qəsdən yayıldığı, hadisənin əsl mahiyyətini, motivini gizlətməyə xidmət etdiyi iddia olunur.

Əlbəttə, rayonda yayılan bu söhbətlərin nə qədərinin doğru olduğunu iddia etmək çətindir. Ancaq ilkin məlumatlarda hadisənin əsl səbəbinin və baş verənlərin gizlədildiyinə şübhə yoxdur. Yəqin ki, hüquq-mühafizə orqanları bütün bu məsələlərə aydınlıq gətirəcək, hadisənin motivini müəyən edərək, ictimaiyyətə məlumat verəcək.

Rasim Əliyev

AzPolitika.info

P.S. Məlumat üçün qeyd edək ki, Məmmədovların böyük qardaşı olan Nəriman Məmmədov uzun müddət nəqliyyat sektorunda çalışıb. 2012-ci ildə yaş senzi səbəbindən Nəqliyyat Nazirliyində tutduğu yüksək postdan - Ekspedisiya İdarəsinin rəisi vəzifəsindən çıxarılıb. Ancaq Z. Məmmədovun göstərişi ilə “Azəryolservis” ASC-nin nəzdində iri tonnajlı maşınlar üçün nəzərdə tutulan tərəzilərə nəzarət etmək üçün yaradılan “MMC 85" adlı qurumun rəhbəri təyin edilib. 2014-cü ilin ortalarında nazirin əmri ilə Nəriman Məmmədov vəzifəsindən azad edilərək. “Azəryolservis” ASC-nin sədrinin müşaviri təyin edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar