Chatham House Saakyanı gündəlikdən çıxardı?

Britaniyanın Chatham House Kral Beynəlxalq Münasibətlər İnstitutunun saytının “Events” bölməsində Azərbaycanın Dağlıq Qarabağ regionunda separtçıların lideri olan Bako Saakyanın iyulun 8-nə təyin edilmiş çıxışı haqqında məlumat yoxdur.

Bir müddət əvvəl Chatham House bildirib ki, Saakyanı Dağlıq Qarabağ ətrafında vəziyyət, regional təhlükəsizlik və müxtəlif subyektlər arasında münasibətlər mövzusunda çıxış etməyə dəvət edib.

İyulun 1-də Azərbaycan XİN Qarabağ separatçılarının Londona dəvət edilməsi ilə əlaqədar etirazını bildirib. Bəyanatda qeyd edilib ki, bu cür hərəkətlər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq əhval-ruhiyyəsinə uyğun deyil və Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlib.

Öz növbəsində, rəsmi London Chatham House-un hərəkətlərinə görə məsuliyyəti boynundan ataraq, Böyük Britaniyanın “Dağlıq Qarabağ Respublikasını” qəbul etmədiyini, Böyük Britaniya hökumətinin isə onun nümayəndələrindən heç kimlə heç bir əlaqəsi olmadığını qeyd edib.

Chatham House-dan Turan agentliyinin Saakyanın çıxışı haqqında məlumatın tədbirlər proqramından çıxarılması ilə bağlı yazılı sorğusuna cavab verməyiblər.

Hazırda Chatham House-un saytında iyulun 8-də üç tədbir göstərilib: Şərqi Asiynın strateji və ərazi məsələlərində Avropanın rolu, İsrail və Qəzzə Bölgəsi: Müharibənin övladları, Rusiya və dünya nizamında dəyişiklik.

Növbəti günlərin proqramında da Saakyanın adı yoxdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar