Rusiya son bir ayda 5-ci hərbi təyyarəsini itirdi

Rusiyanın Xabarovsk diyarı ərazisində “Su-24” bombardmançı təyyarəsi qəzaya uğrayıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, hadisə Komsomolsk-Amurdan 17 km cənubda yerləşən Xurba aerodromu yaxınlığında baş verib. Hərbi təyyarə havaya qalxdıqdan az sonra yaşayış olmayan yerə düşüb. Hadisə nəticəsində hər iki pilot ölüb.

Hadisədən sonra Hərbi Hava Qüvvələrinin komandanlığı Xabarovsk diyarında “Su-24”lərin uçuşunu dayandırıb.

Maraqlıdır ki, bu, son bir ayda Rusiya qəzaya uğrayan 5-ci hərbi təyyarədir. İyunun 4-də Həştərxan yaxınlığında “Miq-29”, Voronej yaxınlığında “Su-34”, dörd gün sonra Amur vilayətində “Tu-95”, iyulun 3-də isə Krasnodar diyarında “Miq-29” təyyarəsi qəzaya uğrayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar