Rusiyalı müğənninin adı “arzuolunmaz şəxslər” siyahısına daxil ediləcək

“Lyubov Kazarnovskaya Azərbaycanın “Dövlət sərhədi haqqında” qanunu pozaraq, qeyri-qanuni şəkildə ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər edib”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev rusiyalı opera müğənnisi Lyubov Kazarnovskayanın Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, müvafiq prosedur qaydalarına uyğun olaraq aparılan araşdırma nəticəsində bu şəxsin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək: “İncəsənət xadimləri sülhə və barışığa xidmət etməli olduqları halda Lyubov Kazarnovskayanın Azərbaycanın işğal olunmuş ərazilərində etdiyi açıqlamaları Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalını, işğal olunmuş ərazilərdə və hətta Ermənistan ərazisində Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləməni təşviq edir. Azərbaycanın işğal olunmuş ərazilərində musiqi mərkəzinin yaradılmasından bəhs edən Lyubov Kazarnovskaya bilməlidir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğal olunmuş ərazilərdə törətdiyi vəhşiliklər nəticəsində Azərbaycan xalqının maddi-mədəni irsi, o cümlədən dahi sənətkarlar yetişdirən Qarabağ musiqi məktəbi talan, dağıntı və virana məruz qoyulub”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar