Almaniaya Yunanıstanın təklifini rədd elədi

Almaniaya tezliklə yeni borc razılaşması barədə Yunanıstanın təklifini rədd edib.

Almaniyanın kansleri Angela Merkelin mətbuat katibi Steffen Seibert iyulun 6-da yeni yardım proqramı ilə bağlı danışıqlara heç bir əsas olmadığını bildirib.

Avroqrupun rəhbəri Jeroen Dijsselbloem isə bildirib ki, Yunanıstanda keçirilən referendumun nəticələri Avropanı Afinanın borc problemi ilə bağlı qərardan uzaqlaşdırdı.

İyulun 5-də keçirilın referendumda yunanlar beynəlxalq kreditorların təkliflərini rədd elədi və bu vəziyyəti daha da qəlizləşdirdi.

Yunanıstan hökuməti məsələ ilə bağlı danışıqların davam etdirilməsinə çalışır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar